İmişli rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Unikal.org-un report-a istinadən məlumatına görə, rayon sakini, 1967-ci il təvəllüdlü Quliyev Vüqar Arif oğlunun idarə etdiyi "VAZ-21-011" markalı, 10-EA-129 dövlət qeydiyyat nişanlı avtomobil "Hyundai Tukson" markalı, "10-OB-606" dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə zamanı V.Quliyev xəsarət alıb. Xəstəxanaya yerləşdirliən yaralı aldığı xəsarətlərdən orda ölüb.

Faktla bağlı araşdırma aparılır.