ABŞ-ın Texas əyalətində yaşayan cütlüyün 5 yaşlı uşaqlarına qarşı etdiyi vəhşilik yenidən mətbuatın gündəminə düşüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, azyaşlı atası 24 yaşlı Bradley Bleimeyer və ögey anası 33 yaşlı Tammi Bleimeyer tərəfindən uzun müddət şkafda bağlı saxlanılmışdı. Hətta uşağın valideynləri tərəfindən dəfələrlə şiddətə məruz qaldığı və ac saxlanılması ortaya çıxmışdı. 

Hadisə 2016-cı ildə baş versə də yenidən mətbuatın gündəminə düşməsinə səbəb hadisədən sonra qaçan  33 yaşlı Tammi Bleimeyerin tutulmasıdır. Axtarışda olan ögey ana 28 il müddətinə azadlıqdan məhrum olunub. 

Məlumatda bildirilir ki, qorxunc hadisənin üstü uşağın atası və ögey qardaşının dalaşması nəticəsində üzə çıxıb. Azyaşlının bədənində yara izləri və çürümələrin olduğu məlum olmuşdu. Hadisədən sonra 5 yaşlı uşağın atası Bradley Bleimeyer tutulub, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.