Rusiyada ətrafdakı insanlara hücum edərək onları dişləyən çılpaq qadın saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə Moskva vilayətinin Serpuxov rayonunun Borisovo kəndində baş verib.

Hadisə şahidləri polisə məlumat verdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Lakin onlar çılpaq qadını tuta bilməyiblər və buna görə Təcili Tibbi Yardıma müraciət etməli olublar.

Yalnız xüsusi həkim briqadasının köməyi ilə qadını tutmaq mümkün olub.