Misir Mərdanova "Bilik günü zərbəsi"
Misir Mərdanova "Bilik günü zərbəsi"

Nazirlər yeni tədris ilinin açılışında aktivlik göstərdi, bircə təhsil nazirinin özündən başqa

Yeni dərs ili başladı. Bu zaman ən diqqətçəkən məqamlardan biri isə bu münasibətlə keçirilən tədbirlərə ayrı-ayrı nazirlərin qatılması, aktiv iştirakı oldu.

Məsələn, Hacıqabul rayonunda bu il Bilik Günü münasibəti ilə eyni zamanda yeni dərs ilinin başlanmasına görə 5 kənddə yeni təmir olunan və tikilən məktəb binalarının açılış mərasimi keçirilib. Açılış mərasiminə daxili işlər naziri Ramil Usubov qatılıb.
Və yaxud, Azərbaycan Turizm İnstitutunda (ATİ) 2012/2013-cü tədris ilinin başlanması münasibəti ilə "Bilik günü" qeyd edilib. Həmin tədbirdə isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Bəs bu məqam bizim diqqətimizi niyə çəkir?
Məsələ burasındadır ki, mətbuatdan izlədiyimiz qədər yeni dərs ilinin açılışı törənlərində təhsil naziri Misir Mərdanov diqqət çəkməyib. Daha doğrusu, rastımıza bu barədə heç bir məlumat çıxmayıb.
Bu məqamı dəqiqləşdirmək üçün biz hətta internet üzərindən axtarış sistemləri vasitəsi ilə müəyyən dəqiqləşdirmələr aparmaq istədik. Amma yenə də hər hansı bilgiyə rastlaşmadıq.
Belədə isə təbii ki, ortaya maraqlı sual çıxır: digər nazirlər səlahiyyətlərinə, görəvlərinə aid olmadığı halda "Bilik günü"ndə aktivlik nümayiş etdirərkən təhsil sahəsinə məsul nazirin ortada görünməməsi nə deməkdir? Bunun hansı səbəbi və ya səbəbləri ola bilər?
Xatırlatmaq artıqdır ki, Mərdanov artıq hakimiyyət içərisində divara sıxışdırılmış durumdadır və əvvəlki imicə malik deyil. Digər tərəfdən, təhsil nazirinin özünə qarşı iqtidar içindən edilən hücumlardan rahatsız olduğ və hətta inciklik keçirdiyi də bildirilir. Onun istefaya vermək istədiyi, sadəcə indiki vaxtda - hər tərəfdən tənqidlərə hədəf edildiyi bir zamanda bu istefanı özünə sığışdırmadığı da deyilir. İddia olunur ki, Misir Mərdanov istefa verəcəyi təqdirdə bunun mətbuatda və cəmiyyətdə rəqiblərinə məğlub olduğ barədə fikir formalaşdıracağını bilir, ona görə də nazir kürsüsündən getmək üçün uyğn vaxtın yetişməsini gözləyir.
Bütün bunlardan sonra ehtimal etmək olar ki, Mərdanovun "Bilik günü"ndə ortaya çıxması iki səbəblə əlaqəlidir. Birinci və ən çox ehtimal olunan səbəb - Mərdanovun hakimiyyət daxilində tamamilə çıxdaş duruma salınması.
İkinci səbəb: Mərdanovun küskünlüyü və bu küskünlüyü "Bilik günü"ndə iştirak etməklə biruzə verməsi.