Türk model Elif Aksu, İngilis formula pilotu Ceyms Rossiter ilə yollarını ayırdıqdan sonra könlünü Avstriyalı iş adamı, Kevin Reicharda buraxmışdı. Avqust ayından bu yana birlikdə yaşayan cütlük artıq yollarını ayrıb.


Unikal.org xəbər verir ki, bu barədə özü məlumat verib. Elif Aksu sosial şəbəkədə ayrıldığını belə şərh edib: "Bəli, ayrıldığımız doğrudur". Model ayrılığının səbəbini iş rejiminin və səyahətlərinin çox olması ilə əlaqələndirib. 

Qeyd edək ki, Elif Aksu məşhur futbolçu Neymar ilə reklamda çəkildikdən sonra məşhurlaşıb.