19 Mart 2019
"Maşın"da ara qarışdı - İştirakçılar əlbəyaxa oldular - FOTO
"Maşın"da ara qarışdı - İştirakçılar əlbəyaxa oldular -FOTO MƏDƏNİYYƏT-ŞOU 23:55 2018-12-21

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 11 iştirakçının mübarizəsi ilə davam edir. İştirakçılar bu dəfə vayner Mansur Şərifi SMS səsverməsinə çıxarıblar. 

Mansur Şərifin hədəfini açıqlaması şouda qalmaqala səbəb oldu. Sərxan Kərəmoğlunun vaynerin hədəfi olması müğənnini özündən çıxardı.

Şounun sonuna yaxın isə Mansurun əslində Ramin Nabran tərəfindən idarə olunduğunun açıqlanması aranı daha da qızışdırıb. Hətta iş o yerə çatdı ki, bir-birilərinin ünvanına ağır sözlər söyləyən Sərxan Kərəmoğlu ilə Ramin Nabran əlbəyaxa olublar. Nəticədə aprıcı Murad Dadaşov canlı efiri dayandırmağa məcbur olub.