Rusiyada mədəndə yanğın olub.

Unikal.org xəbər verir ki, yanğın Perm vilayətinin Solikamsk şəhərində mədəndə qeydə alınıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Məlumata görə, Perm vilayəti Təhqiqat Komitəsi mətbuat xidmətinin məlumatına görə, mədəndə çalışan 17 nəfərdən 8-i xilas edilib. Qalan 9 nəfərlə əlaqə yoxdur. Onların həlak olduğu ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb.