20 May 2019
19 May 2019
Şir anasını yedi, Safari parkdan 235 min dollar təzminat istədi - VİDEO
Şir anasını yedi, Safari parkdan 235 min dollar təzminat istədi -VİDEO VİDEO 14:11 2018-12-23

Qadın Pekində yerləşən safari parkın rəhbərliyini məhkəməyə verib. 

Ötən il Çində yerləşən safari parkda həyat yoldaşı ilə mübahisə edən qadın maşından düşür. Bu zaman şirin hücumuna məruz qalan qızını xilas etmək üçün çalışan ana şir tərəfindən öldürülür. 

Unikal.org  xəbər verir ki, qadın Pekində yerləşən safari parkın rəhbərliyini məhkəməyə verib. Zhao adlı qadın park rəhbərliyindən 235 min dollar təzminat tələb edir. 

Hadisə 2016-cı ilin martında Pekinin Badalinq parkında baş verib. Heyvanlar maşından düşən qadınlara hücum edib, baxmayaraq ki park ərazisində avtomobildən düşmək qadağandır. Zhaonu xilas etməyə çalışan ana vəfat edib, qızı isə əlil qalıb.