Bakıda iki avtomobil toqquşub.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Qəza zamanı “Ford” markalı, 99 MR 984 dövlət nömrə nişanlı avtomobil dayanarkən, arxadan gələn “Hyundai” markalı, 10 PX 018 nömrə nişanlı avtomobil ona çırpılıb.

Zərbənin təsirindən “Hyundai” markalı avtomobil “Ford”un üstünə çıxıb.

Həmin görüntüləri təqdim edirik.