“Monako”nun futbolçusu Radamel Falkao karyerasını Türkiyədə davam etdirə bilər.

Unikal.org  xəbər verir ki, kolumbiyalı forvardla “Qalatasaray” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Monako” illik məvacibinin yüksək olması səbəbindən, Falkaonu icarəyə göndərmək niyyətindədir.

Falkaonun Türkiyədən olan meneceri Fatih İlekin “instagram” hesabından “yanvarda isinəcəyik, gəlir” yazılı paylaşımı, kolumbiyalı forvardın “Qalatasaray”a gələcəyi iddialarını gücləndirib.