Rusiya dövlət başçısı Vladimir Putin "Gecə hokkey liqası"nın yoldaşlıq görüşündə iştirak edib. Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, qarşılaşma Dövlət Universal Mağazasının Qırmızı meydanda yerləşən buz meydançasında baş tutub.

Komandaların heyətində prezidentlə yanaşı müdafiə naziri Sergey Şoyqu, hokkeyin şöhrətli veteranları Aleksey Kasatonov, Pavel Bure və Vyaçeslav Fetisov da olub.