Ötən gecə Türkiyənin ən böyük şəhəri olan İstanbulda faciəvi hadisə baş verib.

Unikal.org xəbər verir ki, şəhərin Kartal adlanan hissəsində 30 yaşlı Barış Kekeçin dostları ilə girdiyi mərc onun ölümünə səbəb olub.

Belə ki, B.Kekeç gecə saat 03 radələrində dostları ilə dəniz sahilinə gəlib və dənizə atlayıb çıxa biləcəyi ilə bağlı onlarla mərc kəsib. Daha sonra dənizə baş vuran gənc sudan çıxarkən axıntıya məruz qalıb. O, dostlarının gözü qarşısında, sahilin bir neçə metrliyində boğularaq ölüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 30 yaşlı şəxsin meyitinin axtarışları davam etdirilir.(publika.az)