Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də keçiriləcək bələdiyyə seçkilərində Ankara şəhəri üzrə namizədlərinin adları açıqlanıb.

Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ankarada partiya fəallarının iştirakı ilə keçirilən ümumşəhər toplantısında məlumat verib.

Beləliklə, AKP-dən Ankara Böyükşəhər Bələdiyyəsinin sədrliyinə Mehmet Özhaseki namizəd olub. Paytaxtın 20 rayonu üzrə 14-ü üçün yeni namizəd irəli sürülüb. Bundan başqa, dövlət başçısı Ankaranın Etimesgut, Gölbaşı və Polatlı rayonlarına Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədlərini təqdim edərək bildirib ki, Ədalət və İnkişaf Partiyası “Cümhur ittifaqı”nın şərtlərinə görə MHP-dən olan namizədləri dəstəkləyəcək.

TAM SİYAHI!

Akyurt - Hilal Ayık

Altındağ - Asım Balcı

Ayaş - Burhan Demirbaş

Bala - Ahmet Buran

Beypazarı - Tuncer Kaplan

Çamlıdere - Hazım Caner Can

Çankaya - Amber Türkmen

Çubuk - Baki Demirbaş

Elmadağ - Gökhan Küçükçelebi

Evren - Hüsamettin Ünsal

Güdül - Muzaffer Yalçın

Haymana - Özdemir Turgut

Kahramankazan - Serhat Oğuz

Kalecik - Duhan Kalkan

Keçiören - Turgut Altınok

Kızılcahamam - Süleyman Acar

Mamak - Murat Köse

Nallıhan - İsmail Öntaş

Pursaklar - Ayhan Yılmaz

Sincan - Murat Ercan

Şereflikoçhisar - Melih Memiş Çelik

Bundan sonra Ərdoğan Ankara sakinlərinə çağırış edib: "2019-cu ili ölkəmiz, millətimiz və bütün insanlıq üçün xeyirli olmasını diləyirəm. 15 iyul un qazi şəhəri olan Ankaranı salamlayıram. İstər atası Ankaralı olsun, istər başqa şəhərdən gəlsin Türkiyənin paytaxtında yaşamaq bəxtiyarlığına qovuşan qardaşlarımı salamlayıram. Könlümüzü dünyanın harasına atarlarsa atsınlar sonun da dönər gəzər gələr Ankaraya düşər. Doğulduğum Rize ata yurdumdur, İstanbul həyata və siyasətə başladığım şəhərdir. Son 17 ildir ömrümün önəmli hissəsini bu şəhərdə keçirən biri olaraq biz Ankaranı çox sevdik, Ankara da bizi sevir. 16 ildir bizi buraxmayıb, buraxmayacaqda. Bu sevgiyə görə Ankara üçün ən doğrusunu etməyə çalışırıq".