Filippin prezidenti Rodrigo Duterte ölkəsində qalmaqala səbəb olan açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rodrigo Duterte ərazi bölgüsü haqqında etdiyi bir çıxışında liseydəydə bir xidmətçi qadına yatdığı yerdə təcavüz etdiyini açıqlayıb: “Ədyalı qaldırdım və ona toxunmağa çalışdım. Toxunurdum. Sonra oyandı və otaqdan ayrıldım".

Duterte həmçinin kilsədə günah çıxardığı üçün rahib tərəfindən cəzalandırıldığını da söyləyib: “Bu vəziyət hər bir uşağın başına gələ bilər”.

Prezidentin bu açıqlamasından sonra ölkəsində kəskin şəkildə tənqid edilib və qadın hüquqları təşkilatı  onu istefa etməyə çağırıb.

Prezidentin sözçüsü Salvador Panelo, CNN-ə deyib ki, Duterte bu açıqlamanı özündən uydurub və hekayədir.