Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

xxx

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. 

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.

xxx

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə "TASS"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

FHN-nin nümayəndəsi deyib: "Dağıntılar altından 22-ci meyit çıxarılıb".

Qeyd edilir ki, daha 19 nəfərin axtarışları davam etdirilir.