Tələbə universitet əməkdaşını güllələdi.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına  görə, hadisə Türkiyənin paytaxtı Ankara şəhərində baş verib.  Çankaya Universitetinin Hüquq fakültəsinin 4-cü kurs  tələbəsi Hasan İsmayıl H.  təhsil müəssisəinin əməkdaşı Ceren Demirə silahlı hücum edib. O, əvvəl universitetdə müəllim köməkçisi işləyən  xanım əməkdaşın  xidməti otağına gələrək onunla mübahisə edib. Tərəflər arasında yaranan münaqişə sonda ölümlə nətiəcələnib. Belə ki, tələbə  C. Demire  bıçaqla xəsarət yetirməyə başlayıb, sonra isə tapança ilə güllələyərək hadisə yerindən qaçıb. Həkimlərin müdaxiləsinə baxmayaraq müəllim köməkçsinin həyatını xilas etmək mümkün olmayıb.

Polis tələbənin tutularaq istintaq cəlb  edilməsi istiqamətində axtarışlara başlayıb.