Ailəsi ilə birlikdə tətilə çıxan 15 yaşlı qızın həyatı qorxulu yuxuya çevrilib.  Həkimlərin də səbəbini tapa bilmədiyi bir xəstəliklə əlləşən gənc qız görmə bacarığını itirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  Jordyn Valker adlı gənc qız ailəsi ilə tətildən qayıtdıqdan sonra qan qumağa başlayıb və  mədə ağrıları olub.

Sağlamlıq problemləri səbəbiylə həkimə gedən gənc qıza sadəcə sinüs infeksiyasına tutulduğu və qorxacaq bir şey olmadığı deyilib. Daha sonra o evə göndərilib.

Qorxuya düən gənc qız, təkrar həkimə müraciət edib.Lakin test nəticələri normal çıxıb. Evinə qayıdan gənc qızın xəstəliyi qısa müddət sonra yenidən artıb. J.Valkerin üzü Miladdan iki gün əvvəl qanamağa başlayıb və gənc qız görmə bacarığını tamamilə itirib.

Valkerə onlarla test edilib, ancaq heç biri əticə verməyib. Onun xəstəliyinə diaqnoz qoyula bilmirlər.

Gənc qızın ailəsi xəstəxana xərclərini qarşılaya bilmədiyi üçün “GoFundMe”də bir dəstək səhifəsi açıb və 10 gündə 16 min dollara yaxln pul toplanıb. Valker ailəsi qızlarının xəstəliyinə bir an əvvəl diaqnoz qoyulmasını və sağlamlığına qovuşmasını istəyir.