ABŞ-ın Foneiks şəhərində ötən il tanışlıq saytlarının birində tanış olduğu və cəmi 1 dəfə görüşdüyü şəxsə 159 min mesaj göndərən Jacqueline Ades adlı qadın həbs edilib.  O təcavüz, təhdid və gizli şəkildə izləmə günahlandırılır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı Ades kasmetoloji şirkətlərin birində yüksək vəzifə tutan şəxslə cəmi bir dəfə görüşdükdən sonra ona vurulub. 

Kişi onun mesajlarından sonra polisə müraciət edib. Çünki qadının təcavüzləri mesajlarla yetinməyib. Ades həmin şəxsin evinə xəbərsiz girib və vanna otağında duş qəbul edib. Növbəti günlərdə isə narahat etdiyin şəxsin iş yerinə gedərək özünü onun həyat yoldaşı kimi təqdim edib.