ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirib.

Unikal.org Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 7 fiziki, 23 hüquqi şəxs və bir şəxsi təyyarə "qara siyahı"ya salınıb.

Həmin fiziki və hüquqi şəxslərə məxsus maddi əmlak ABŞ hüquqi məkanına daxil olduğu andan dondurulacaq, eyni zamanda ABŞ vətəndaşlarının və şirkətlərinin onlarla əməkdaşlıq etməsinə qadağa qoyulur.