Gürcüstanda azərbaycanlıların da olduğu ağır qəza baş verib.

Unikal.org-un xəbərinə görə, təcili tibbi yardımın sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza olub. Belə ki, təcili tibbi yardım maşını "Redix" şirkəti tərəfindən aparılan tikintinin yanında yerləşən fəhlələr üçün nəzərdə tutulan kabinəyə çırpılıb. Nəticədə  avtomobil səkidə dayanan işçiləri vurub .Çavçavadze prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb.

Əldə etdiyimiz məlumata görə, ölən və yaralananların hamısı azərbaycanlıdır. Dünyasını dəyişən Babək adlı şəxsdir.

Digər yaralananlardan birinin ayağı amputasiya edilib. 

Faktla bağlı cinayət işi açılıb.

Famil Fərhadoğlu