PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide UEFA dəyişik etməyə hazırlaşır - Qaydalar sərtləşəcək - Unikal.org
21 Fevral 2019
20 Fevral 2019
UEFA dəyişik etməyə hazırlaşır - Qaydalar sərtləşəcək
UEFA dəyişik etməyə hazırlaşır- Qaydalar sərtləşəcək İDMAN 13:46 2019-01-10

UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.

Unikal.org xəbər verir ki, ali futbol qurumu Avropa klublarının transfer ödənişləriylə bağlı qaydalara dəyişiklik etməyə hazırlaşır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Belə ki, UEFA, Avropa klublarının futbolçu transferi üçün müəyyən olunmuş məbləği maksimum 3 il ərzində ödəməyini istəyir.

PSJ 2017-ci ildə “Barselona”dan transfer etdiyi Neymar üçün müəyyən olunmuş 222 milyon avro transfer məbləğini maliyyə sənədlərində 5 ilə bölüb. Paris təmsilçisi Neymar üçün “Barsa”ya ildə 44,4 milyon avro ödəyir. Bu da, PSJ-yə maliyyə feyr-pleyi pozuntusundan qaçmağa imkan verir. UEFA-nın yeni qaydalarının qüvvəyə minəcəyi təqdirdə, həmin məbləğ 3 ilə ödənməlidir. Belə olduğu halda, PSJ hər il Neymar üçün Kataloniya klubuna 74 milyon avro ödəməli olacaq.