25 İyun 2019
24 İyun 2019
İsmayıllıda hesabat yığıncağı keçirildi - FOTO
İsmayıllıda hesabat yığıncağı keçirildi- FOTO CƏMİYYƏT 15:36 2019-01-11

Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən İƏD üzrə nümayəndə Nazim Ağakişiyev nümayəndəliyin maliyyə, sosial, inzibati idarəetmə fəaliyyəti ilə bağlı ətraflı danışıb.

Qeyd edib ki, nümayəndəliyin tərkibində olan Hacıhətəmli, Kürdeldarbəyli və Gideyli kəndlərində 3663 nəfər sakin yaşayır. Onlar 834 təsərrüfatda birləşiblər. Əhali elektrik enerjisi, qaz yanacağı və içməli su ilə dayanıqlı qaydada təmin olunur. Kəndə asfalt yol çəkilib. Ərazidə kənd təsərrüfatının inkişafına diqqət və məsuliyyətlə yanaşılır. Üzüm istehsalı və emalı müəssisəsi yaradılıb və səmərəli işləyir. Barama istehsalı bərpa olunub. 35 hektar sahədə fındıq bağı salınıb. Min ədəd tut tingi əkilib. Əhalinin əsas məşğuliyyət sahəsi olan taxılçılıq və heyvandarlıqda məhsuldarlıq ildən-ilə artır.

İdmanda, xüsusilə futbolda  uğurlar diqqət çəkəndir. 13 yaşlılar arasında keçirilən Respublika futbol çempionatında tam orta məktəbin komandası hər il fəal iştirak edir, birinci və ya ikinci yeri tutur. 

Həkim məntəqəsi, poçt, ATS, kitabxana kənd sakinlərinə nümunəvi xidmət göstərir.

Ərazidəki 8 şəhid ailəsi, 7nəfər Qarabağ müharibəsi əlili, 5 nəfər müharibə veteranı dövlət qayğısı ilə tam əhatə olunub. Yaranan bu və ya digər problemlərin həllində rayon icra hakimiyyətinin hərtərəfli dəstəyi ilə həmin ailələrə köməklik göstərilir.

Hesabat məruzəsindən sonra Hacıhətəmli kənd həkim məntəqəsinin baş həkimi Niyaz Dadaşov, pensiyada olan tarix müəllimi Mehdi Məmmədov, müəllim Sevil Kərimova və başqaları çıxış ediblər. İcra nümayəndəsinin fəaliyyətinə müsbət qiymət verən çıxışçılar xahiş ediblər ki, ərazidə olan istifadə müddətini başa vurmuş 25 ədəd elektrik dirəyinin dəyişdirilməsinə, uşaq bağçasının açılmasına, İvanovka-Hacıhətəmli magistral yolunun standartlara uyğunlaşdırılmasına və təmirinə, kəndin mərkəzi küçəsinin işıqlandırılmasına, nümayəndəliyin inzibati binasının təmirinə aid təşkilatlarla birgə diqqət yetirilsin.

Hesabat yığıncağında iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təhlili nitq söyləyərək ölkədə və bölgədə əldə olunan yüksək nailiyyətlərdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səfərləri və sərəncamları ilə İsmayıllıya yeni həyat bəxş etməsindən, dövlət qayğısının nəticəsi olaraq 2019-cu ildə yeni-yeni həyati əhəmiyyət kəsb edəcək layihələrin həyata keçiriləcəyindən ətraflı danışıb. Onu da qeyd edib ki, Hacıhətəmli İnzibati Ərazi Dairəsi də yeni layihələrdən yararlanacaq, əhalinin məşğulluğu daha da artacaq, aqrar istehsalda Hacıhətəmlinin töhfələri çoxalacaq, qarşıda duran vəzifələrin icrası üçün sakinlər daha məsuliyyətlə çalışacaqlar. Burada bir neçə il müddətində etdiyim müşahidələr, şahidi olduğum siyasi, ideoloji və əmək fəallığı bu fikirləri deməyə mənə əsas verir. Ümidvaram ki, icra nümayəndəliyinin və kəndin digər təşkilatlarının fəal iştirakı ilə 2019-cu ilin vəzifələri vaxtında və layiqincə icra olunacaqdır.

İştirakçılar icra nümayəndəliyinin fəaliyyətinə yekdilliklə kafi qiymət veriblər.

Aid xidmət təşkilatları rəhbərlərinin də iştirak etdiyi hesabat yığıncağının sonunda RİH-nin başçısı Mirdaməd Sadıqov sözü, təklifi, istəyi, xahişi olan hər bir iştirakçını dinləyib.


  • İsmayıllıda hesabat yığıncağı keçirildi- FOTO