shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum “Barselona”nı “Sevilya”ya dəyişdi - Unikal.org
21 Yanvar 2019
20 Yanvar 2019
“Barselona”nı “Sevilya”ya dəyişdi
“Barselona”nı “Sevilya”ya dəyişdi İDMAN 10:35 2019-01-12

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”nın futbolçusu Munir Əl Haddadini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, futbolçunun özü ilə, həmçinin “Barselona”yla bütün məsələlərdə razılıq əldə edilib. Onun tezliklə tibbi baxışdan keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Son mövsümlərdə “Valensiya” (2016/17) və “Alaves” (2017/18) klublarında icarədə oynamış 23 yaşlı hücumçu, bu mövsümün əvvəlində Kataloniya təmsilçisinin düşərgəsinə qayıtmışdı. O, bu mövsüm “Barselona” ilə müxtəlif turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub.