“Arsenal”ın baş məşqçisi Unay Emeri klubun transfer siyasəti haqqında danışıb.

Unikal.org  İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan çalışdırıcı yalnız icarə əsasında hansısa futbolçu ilə anlaşacaqlarını bildirib:

“Biz birdəfəlik transfer etməyəcəyik, yalnız icarə əsasında futbolçu gətirə bilərik. Klub bunun üzərində işləyir. Biz indi əlimizdəki futbolçularla işləyirik. Eyni zamanda, gənc futbolçulara da şans veririk və ehtiyacımız olduqda onları hazır vəziyyətdə görmək istəyirik. Hazırda transfer etmək bizim üçün asan deyil. Bunun üzərində çalışırlar. Bizə kömək edəcək bir, yaxud iki futbolçu gəlsə, möhtəşəm olar.

Mənim yeganə narahatlığım son oyunlardakı zədələrlə bağlıdır, amma xoşbəxtəm ki, hansısa futbolçumuz zədələndikdə, onu əvəzləyəcək yaxşı futbolçularımz var. Buna görə də, rahat olmalıyıq. Mənim komandama inamım böyükdür”.

Emeri, “Yuventus”la anlaşdığı deyilən Aaron Remzi haqqında da danışıb:

“Hər gün Remziyə onun oyununa ehtiyacımızın olduğunu deyirəm. Onun gələcəyi ona, ailəsinə və menecerinə məxsusdur. O, hər gün bizimlədir və öz üzərində işləyir. Son oyunda ondan çox razı qaldım. İstəyirəm ki, o, şənbə günü keçiriləcək “Vest Hem”lə oyuna köklənsin”.