shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Tramp Rusiya casusudur? - araşdırmalara başlanıldı - Unikal.org
21 Yanvar 2019
Tramp Rusiya casusudur? - araşdırmalara başlanıldı
Tramp Rusiya casusudur? -araşdırmalara başlanıldı DÜNYA 18:33 2019-01-12

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

Unikal.org “The New York Times”ə istinadən xəbər verir ki, FTB direktoru Ceyms Kominin istefaya göndərilməsindən az sonra başlayan araşdırmada dövlət başçısının davranışlarının milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmadığını öyrənmək məqsədi qoyulduğu bildirilir.

Ağ Ev sözçüsü Sarah Sandersin bununla bağlı yaydığı açıqlamada sözügedən məlumatlar cəfəngiyyat olaraq dəyərləndirilib: “Rusiya və başqa xarici ölkələrə ABŞ-ı hədələməyə fürsət verən Barak Obamanın əksinə olaraq Prezident Tramp Rusiya məsələsində həqiqətən sərt mövqedədir”.