Avstriyanın Lex kəndində qar uçqunu baş verib.

Unikal.org-un məlumatına görə, qar uçqunu nəticəsində Almaniya vətəndaşı olan 3 dağ xizəkçisi həlak olub, 1-i isə itkin düşüb.

Məlumata əsasən, dağ xizəkçiləri xizək yolunun bağlı olan ərazisində olublar. Onların cəsədləri xilasedicilər tərəfindən tapılıb.