31 dekabrda Yeni ili xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda bayram ab-havası yanvarın 13-nə kimi davam edir.  Hətta bir çoxları evlərdə qurulan yolkaları da “Köhnə Yeni İl” bitəndən sonra sökür.

Unikal.org xatırladır ki, «Köhnə Yeni il” Sovet İttifaqı qurulduqdan sonra, ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb.

Bayram Rusiya ilə yanaşı, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Çernoqoriya, İsveçrə, Azərbaycanda da keçirilir.
Serbiya və Çernoqoriyada yeni ili yanvarın 13-ü qarşılamasının səbəbi Rusiyada olduğu kimi, kilsə günlərinin Yuli təqvimi ilə qeyd edilməsidir. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır.
Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur. Yaponiyada isə “rissyun” adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər.

Tarixi mənbələrdə köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqvimindən məlumdur. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qeyd olunurdu.
1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək, Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda qeyd olunur ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. I Pyotor xoş başlanğıc olaraq xalqı təbrik edib, hamıya işlərində uğurlar, ailədə xoşbəxtlik arzulayıb: “Yeni ilin gəlişi münasibətilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin – bunun üçün digər günlər də yetərlidir”.(modern.az)