"Yuventus" İtaliya kubokunun 1/8 final mərhələsində "Bolonya"nı 2:0 hesabıyla məğlub edib.

Unikal.org bildirir ki, adını növbəti mərhələyə yazdıran Turin təmsilçisi yeni rekorda imza atıb. Belə ki, "Yuventus" ardıcıl 12 mövsümdür ki, İtaliya kubokunda 1/4 final mərhələsinə yüksəlir.

"Yuventus" 1/4 final mərhələsində "Atalanta" - "Kalyari" matçının qalibiylə qarşılaşacaq.

"Qoca sinyora" son 4 ölkə kubokunun qalibidir.