"Qarabağ"ın futbolçusu Con Delarj komandanın əsas heyətindən uzaqlaşdırılıb.

Unikal.org xəbər verir ki, konqolu yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanovun verdiyi qərara əsasən məşqlərini əvəzedici heyətdə davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Delarj bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.