Bərdədə ana və qızı dəm qazından zəhərlənib.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, hadisə rayonun Zümrüdxan kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü Cavadova Güləndam Xanlar qızı və 2009-cu il təvəllüdlü Cəfərova Sevinc Cavad qızı evlərində dəm qazından zəhərlənib. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda həkimlər onların həyatını xilas etməyə çalışır.