Müğənni Sərdar Ortaç konsert vemək üçün getdiyi Gürcüstana buraxılmayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ifaçı özü sosial mediada yazıb. O, dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyi səbəbi ilə adı çəkilən ölkəyə girişinə qadağan qoyulduğunu söyləyib:

"Bir daha Gürcüstana getmərəm" deyəndə mənə hirsənirdilər. Dostlar, hava limanına düşən kimi otağa soxub üst-başımı yoxladılar. Əsəbimdən "Bir də bura gəlmərəm" dedim. Günah məndədir. Niyə bura konsert verməyə gəlirsən, otur evində də. Dərmanlarımı götürdülər, onları da içə bilmirəm. İndi mən əsəbiləşməyim, nə edim? Mən dağınıq sklerozdan əziyyət çəkirəm, dərmanlarım həmişə yanımda olur. Bir az fikirləşdim ki, günah Gürcüstanda deyil, məndədir. Gərək dərmanları İstanbulda içib gələrdim, gətirməzdim".

Qeyd edək ki, Sərdar 2014-cü ildən dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir. Son zamanlar xəstəliyinin daha çox dərinləşdiyini vurğulayan sənətçi tez-tez xəstəxanadan paylaşdığı fotolarla sevənlərini qorxudur.