Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb. Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.