Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.