Göyçayın Cəyirli kənd ərazisində yol qəzası baş verib.

Unikalorg "Qafqazinfo"a istinadən xəbər verrir ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Göyçay sakinləri - 1981-ci il təvəllüdlü Fəqan Tağıyev,1980-ci il təvəllüdlü İmran Yusifov,1985-ci il təvəllüdlü Qəmbər Kövsərov,1976-cı il təvəllüdlü Elnur Əliyev və 1993-il təvəllüdlü İlkin Əliyev təcili yardım avtomobilləri ilə Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.