Yanvarın 26-da saat 1 radələrində Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Elnay Hacıyev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, nəticədə o hadisə yerində ölüb, xəsarət almış 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.