Bakıda supermarketlərin birində keyfiyyətsiz çörək satılır. 

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə  "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov məlumat verib. QHT rəhbəri bildirib ki, həmin növ çörəyə rəngini tündləşdirmək üçün xüsusi kimyəvi maddə vurulur:

"Bu səhər qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. Hamımızın “qara çörək” adı ilə aldığımız çörək görün nə haldadadır. Dəqiq fikir verəndə məlum oldu ki, bu xəmirin rəngini tündləşdirmək üçün vuralan rəngdir. İndi biz nə edək?".