ABŞ-ın Ohayo ştatında cinayətkar və polis əməkdaşları arasında atışma baş verib.

Unikal.org  "ABC" telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində azı 1 polis əməkdaşı həlak olub, bir polis əməkdaşı isə yaralanıb.
Bildirilir ki, cinayətkar yaşayış evində gizlənib. Evin ətrafı mühasirəyə alınıb. Digər təfərrüatlar barədə məlumat verilmir.