Bu gün gunorta saatlarında Cənub bölgəsində zəlzələ olub.

Unikal.org xəbər verir ki, zəlzələ Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ əsasən Yardımlı rayonunda təqribən 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub. 

Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.