İstanbulun Kartal rayonunda çökən binanın ətrafındakı 10 binanın sakinləri təxliyə olunub.

Unikal.org xəbər verir ki, binaların tikintisi zamanı istifadə edilən nümunələrin araşdırılması zamanı tikililərin təməl betonunda çınqıl və dəniz qumuna rast gəlinib. Binaların tikintisində dəniz qumundan istifadə edildiyi ehtimal olunur. Faktla bağlı araşdırma davam edir. 

Xatırladaq ki, fevralın 6-da İstanbulda yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqun nəticəsində 21 nəfər ölüb, 14 nəfər xilas edilib.