24 Aprel 2019
23 Aprel 2019
Ermənistan ordusunu ifşa edən ölüm faktları...
Ermənistan ordusunu ifşa edən ölüm faktları... DÜNYA 02:47 2019-02-11

Ermənistan ordusunun hərbi qulluqçusu Edqar Qriqoryanın ölümü rəsmi qurumlar tərəfindən gizlədilib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, yeni il gecəsi, saat 4-də döyüş postunda ağır güllə yarası alan Qriqoryan ölümcül vəziyyətdə hərbi hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, erməni hərbçi səhər saat 8 radələrində keçinib. 

Məlum hadisə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən gizlədilib və bu haqda heç bir məlumat verilməyib. Məsələnin ictimailəşməsindən sonra işğalçı ölkənin Müdafiə Nazirliyi açıqlama vermək məcburiyyətində qalıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb: “Müddətli xidmət hərbçisi Edqar Qriqoryanın yeni il gecəsi ölümü barədə məlumat dərc edilməyib, lakin bununla birlikdə gizlədilməyib”. 

Müdafiə nazirinin müavini Qabriel Balayan isə deyib ki, istintaqa mane olmamaq üçün hərbi qulluqçunun ölümü barədə rəsmi məlumat verilməyib. 

Qeyd edək ki, bu, Ermənistan ordusunda ölüm hallarının gizlədilməsinə dair ilk fakt deyil. Dəfələrlə erməni əsgər və zabitlərin ölümü barədə xəbərlər ictimaiyyətdən gizlədilib.(azvision.az)