23 Aprel 2019
Beyləqanda ağır qəza - Azyaşlı öldü
Beyləqanda ağır qəza- Azyaşlı öldü HADİSƏ 14:55 2019-02-11

Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.