Fransa Liqa 1 təmsilçisi “Reyms”in gənclərdən ibarət komandasının üzvü Məhəmməd Savan həyatını itirib.

Unikal.org xarici mətbauata istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

15 yaşlı Savanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Savanla komanda yoldaşlarının futbol oynadığı zaman baş verib.

Savan “Reyms”in 15 yaşadək futbolçulardan ibarət komandasının formasını geyinirdi.