Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov ilə Amerika Ticarət Palatasının nümayəndələri arasında  görüş keçirilib.

Universitetdən Unikal.org-a verilən məlumata görə, ali təhsil müəssisəsinin rektoru İ.Mədətov qonaqlara ATMU-nun inkişaf dinamikası, hədəfləri, tədris prosesi, beynəlxalq əlaqələr, tələbə həyatı ilə bağlı ətraflı məlumat verib. Qonaqlar isə Amerika Ticarət Palatasının ölkəmizdəki fəaliyyəti,həyata keçirdiyi müxtəlif yerli və beynəlxalq layihələr, icrası planlaşdırılan işlərdən danışıblar. 

Görüşdə ATMU və adıkeçən təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.