Türkiyənin məşhur aktrisası Akasya Asıltürkmen dələduzluğa məruz qalıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, viza almaq üçün zəng etdiyi şəxlər ondan 440 tl (200 manat)  ödəniş tələb edib.  Belə ki, onlar aktrisaya viza almaq üçün vasitəçi şirkət “iData”nın üzvləri olduğunu deyiblər. O aldadıldığını “iData” getdiyi zaman öyrənib. 

O hadisə ilə bağlı belə açıqlama verib: 

“Mənim kimi daha iki nəfər var. Nömrəyə zəng etdiyiniz zaman turizm agentliyi deyilir. VDS Turizm adı altında dələduzluq edirlər”.