57 yaşlı Elain  Keyproz  sosial şəbəkədə tanış olduğu 27 yaşlı gənc tərəfindən ölümünə döyülüb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Rio-de-Janeyroda 1 oğlu ilə birlikdə yaşayan qadın 8 ay ərzində sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı 27 yaşlı Viniçius Serranıı ilk dəfə evinə dəvət edib. Bu zamn da fəlakəti yaşayıb.

Elain Keyproz ilk görüşdə evinə dəvət etdiyi gənc adamla əvvəl cinsi əlaqəyə girib. Divanda yatıb qalan qadın, bir anda həyatının şokunu yaşayıb. 27 yaşlı gənc şənbə günü günorta saatlarında evinə getdiyi qadını 4 saat ərzində ölümünə döyüb. 

Qadını vəhşicəsinə döyən Viniçius Serra  psixoloji problemlərinin olduğunu bildirib, beynindəki səsin qadını döyməyə təhrik etdiyi deyib. Qışqırıq səsi eşidən qonşular qadına kömək etməyə gedib və binanın gözətilərinə xəbər veriblər. Qonşular və bina gözətçisi mənzilə daxil olarkən Serra oradan qaçmağa cəhd edib. 

Döyülən qadının üzündə qırıqlar var və 40-dan çox dikiş qoyulub.