Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib. 

AGF-dən verilən Unikal.org-a məlumata görə, federasiya ardıcıl ikinci dəfə ilin ən yaxşısı adına layiq görülüb. 

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə on ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.