Abşeron rayonunda kanalizasiya qapaqlarının oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri orta çıxıb. Məlum olub ki, oğurluq iki şəxs tərəfindən kirayə götürülən "99-XT-122" dövlət qeydiyyat nişanlı "Hundai Elantra" markalı avtomobil ilə edilib. Onlar ara küçələrlə hərəkət edərək 7 ədəddən çox kanalizasiya quyularının qapaqlarını çıxardaraq avtomobilin yük yerinə qoyublar. Polis əməkdaşları görüntülərə əsasən, həmin iki nəfərin şəxsiyyətini müəyyən edərək, onları yaxalamağa müvəffəq olub. Bunlar Zülfəli Yusifov və əvvəllər məhkum olunmuş Rıza Soltanovdur. Saxlanılan şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb.