"Müğənnilər bir ana, övlad kimi arxamda dayandılar. Haqlıykən, haqsız durumda idim. Abırlı susar, abırsız susdurdum deyər".

Unikal.org-un  məlumatına görə, bu sözləri müğənni Damla "Hər şey daxil" verilişində deyib. Sənətçi bir müddət əvvəl adının hallandığı intim video qalmaqalından danışıb:

"Övladımla mənim aramda ana-bala münasibətindən başqa dostluq var. Hər şeyi ona başa salıram. Bu dəfə bilmirdim nə yazım.

Mənə bayağıdır, zövqsüzdür, oxuya bilmir, İnstaqramı saxtadır dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi dedilər. "Damla kimdənsə övlad dünyaya gətirəcək" dedilər. Gördülər ki, insanlara qəbul etdirə bilmirlər. Bu ən sonuncu və rəzil variant idi. Bundan sonra nə edəcəklər".