Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər. 

Həmçinin görüşdə prezident və xanımı şən KVN-çilər, Cabir  və Tahir İmanov  qardaşları, Murad Dadaşov və digər mədəniyyət işçiləri ilə səmimi söhbətləri də diqqətdən yayınmayıb.

Görüşdən maraqlı görüntüləri sizlərə təqdim edirik: