İsveçin Höteborq şəhərində kütləvi dava olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, restoranda baş verən davada 100-ə yaxın insan iştirak edib. 

İnsident zamanı restoranın mühafizəçiləri xəsarətlər alıb. Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb. Davanın səbəbləri araşdırılır.